“Biz bunun üçün yığışmışıq, baxaq görək indiyə kimi nə edilib” –Putin

“Biz bu gün Qarabağ nizamlanması ilə bağlı üçtərəfli formatda danışacağıq. Bir müddət sonra Ermənistanın Baş naziri bizə qoşulacaq”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə bildirib.

O vurğulayıb ki, Qarabağ nizamlanmasında Rusiya sülhməramlıları müsbət rol oynayır.

“Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi də aktiv işləyir. Təəssüflər olsun ki, problemlər var, insidentlər olur. Təəssüf ki, ölümsüz ötüşmür. Biz elə bunun üçün yığışmışıq. Baxaq görək indiyə kimi nə edilib, bundan sonra belə şeylər baş verməsin, regionda vəziyyət sakitləşsin, region ölkələrinin inkişaf etməsi üçün şərait yaransın”, – Rusiya dövlət başçısı qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərxalça”nın vəfat edən sabiq rəhbərinin həyat yoldaşı onun hüquqi varisi təyin edilib

Sonrakı məqalə

“Qarabağ”ın qapısına vurulan top “həftənin ən yaxşı qolu” seçilib