“Qarabağın tam azad ediləcəyinə inanmırdım, möcüzədir” –Rəsul Quliyev İlham Əliyevi "parlaq sərkərdə" adlandırdı

“Azərbaycan heç kim, o cümlədən mən bu torpaqların 2020-2023-cü illərdə bütövlüklə azad ediləcəyinə inanmırdıq. Prezidentin təşkilatçılıq ,sərkərdəlik, siyasətçilik keyfiyyətləri 44 gün ərzində bütün parlaqlığı ilə özünü göstərdi. Azərbaycan qoşunlarının belə yüksək səviyyədə hazırlaşdırılması möcüzədir”.
Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin səbiq sədri Rəsul Quliyev öz paylaşımında yazıb.
Onun sözlərinə görə, 2020-2023 Azərbaycanın şərəf tarixidir.
“İsrailin bu müharibədə Azərbaycanın yanında dayanacağına heç kim inanmazdı. Rusiyanın bu 44 gün ərzində neytral mövqeydə olmasına necə nail olundu bəlkədə 10 ildən sonra Prezident açıqlayacaq. Türkiyə cümhuriyyətinin hətta F-16 qırıcı təyyarələrinin Azərbaycana gətirməsi, dronlarla ordunu təmin etməsi, Azərbaycan əsgkərini NATO standartlarına uyğun hazırlaması misilsiz əməkdaşlıq nümunəsidir”-deyə R.Quliyev bildirib.
Onun sözlərinə görə, tariximizdə birinci dəfədir ki, Xankəndi öz adını bərpa edib, son 100 ildə birinci dəfədir Azərbaycanın igid əskərləri qələbə paradını Xankəndində keçirəcək və Ali baş Komandan Bu paradı qəbul edəcək: “Bu qələbə Azərbaycan tarixində əbədi öz yerini tutacaq. Aparılan xarici siyasət nəticəsində bizi dəstəkləməyin rolu böyük olsada qələbənin əsas memarları Azərbaycan əsgərləri, zabitləri və generalları olmaqla Ali Baş Komandanın parlaq müharibə siyasətinin nəticəsində baş verib. Azərbaycan xalqı bu qələbəni heç vaxt unutmayacaq”.
Əvvəlki məqalə

Binəli Yıldırım Zəfər Günü ilə bağlı paylaşım edib

Sonrakı məqalə

“Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması bir şərtlə mümkündür”