“Qarabağla bağlı üçtərəfli bəyanatlar uğurla icra olunur” –Sergey Lavrov

Bu gün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar ümumilikdə uğurla həyata keçirilir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində bildirib.

“Bu, xüsusən də münaqişənin humanitar və sosial-iqtisadi nəticələrinin aradan qaldırılması, Cənubi Qafqazdakı nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasına aiddir”, – deyə Rusiya XİN başçısı qeyd edib.

S.Lavrov vurğulayıb ki, yanvarın 30-dan etibarən bölgədə türkiyəli tərəfdaşlarla birgə atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə birgə mərkəz fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kraliça II Elizabet 28 May Günü ilə bağlı Azərbaycan Prezidentini təbrik etdi

Sonrakı məqalə

Avropa Bankının icazəsi ilə Qarabağa həsr olunmuş avro banknotları buraxılıb –