Özbəkistandakı etirazlardan qanlı görüntülər- VİDEO

Qaraqalpaqdakı kütləvi etirazlarda nümayişçilərə zor tətbiq edildiyini əks etdirən kadrlar yayılıb.

Azpost.info xəbər verir ki, görüntüləri “Nastoyaşeye Vremya” kanalı yayıb.

Xatırladaq ki, iyunun sonlarından Muxtar Respublikada kütləvi etiraz aksiyaları keçirilirdi. Qaraqalpaq sakinləri Özbəkistan Konstitusiyasına dəyişikliklərə etiraz edirdilər. Dəyişikliklər ölkə qanunlarına sakinləri Özbəkistandan ayrılmaq üçün referendum keçirmək imkanından məhrum edirdi.

Etirazların nəticəsi olaraq bu gün Özbəkistan parlamenti Qaraqalpaq respublikasının suverenliyinin statusunun saxlanılmasına qərar verib. Özbəkistan prezidenti Şavkat Mirziyoyev isə vətəndaşların bütün təklif və istəklərinin nəzərə alınmasının vacibliyini qeyd edib.

İyulun 3-dən Qaraqalpaqda fövqəladə vəziyyət elan olunub, saat 21:00-dan 7:00-dək komendant saatı tətbiq edilib və respublikaya giriş-çıxışa qadağa qoyulub.

Özbəkistan Baş Prokurorluğundan bildiriblər ki, iğtişaşlar zamanı 18 nəfər ölüb, 243 nəfər yaralanıb ki, onlardan 38-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Azpost.info

Əvvəlki məqalə

“Midtown” hotel və “Bolmart”dakı zəhərlənmə qidadan deyil –

Sonrakı məqalə

“Ya yeni müharibə yaxındadır, ya da Naxçıvan muxtariyyəti ləğv ediləcək” –