“Amerika qarşılıqlı etimadı zibil qutusuna atıb”- LAVROV

“Nə qədər ki, ABŞ Ukraynaya hərbi yardım göstərməyə davam edəcək, Moskva Vaşinqtonla Strateji Silahların Azaldılması Müqaviləsində nəzərdə tutulan prosedurların bərpasını müzakirə etməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, sənədin preambulasında təsbit olunmuş qarşılıqlı etimad amerikalılar tərəfindən tapdanaraq zibil qutusuna atılıb.

“Əgər onlar ukraynalıları strateji bazalarımıza, xüsusən də strateji nüvə bombardmançılarının bazalarına hücum üçün istifadə edilmiş uzaqmənzilli silahlarla təmin edərlərsə, biz amerikalıları nüvə obyektlərimizə necə buraxa bilərik”, – Lavrov deyib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.