Qazaxda minaya düşən hərbi qulluqçunun vəziyyəti necədir?- TƏBİB açıqladı

Qazaxda Ermənistanla təmas xətti olmuş ərazidə mina partlayışı zamanı xəsarət alan 2004-cü il təvəllüdlü şəxs aprelin 29-da saat 10:10 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.

Bu barədə TƏBİB-dən bildirilib.

“Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir”, məlumatda deyilir.

Əvvəlki məqalə

Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub

Sonrakı məqalə

Azərbaycanda yeni iş yerləri açılacaq