Qazaxıstan Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı ilə bağlı mövqeyini açıqlayıb.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Qazaxıstan Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin təsis sənədi olan Roma Statutunu imzalamayıb və ratifikasiya etməyib. Müvafiq olaraq, bu nizamnamə Qazaxıstana şamil edilmir və bizim ona görə heç bir öhdəliyimiz yoxdur”, – Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aibek Smadiyarov bildirib.
Martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Məhkəmənin bəyanatında deyilir ki, onlar uşaqları Ukraynadan qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər. BCM-nin qərarı ABŞ, Aİ ölkələrinin əksəriyyəti və Ukrayna tərəfindən dəstəklənib.
Azpost.info