Qazaxıstan və bir çox ölkə TRIPP-lə maraqlanır-Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstanın TRIPP layihəsi ilə maraqlandığını açıqlayıb.

“Armenpress”in məlumatına görə, bu barədə Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, beynəlxalq kommunikasiyalar üçün yeni bir marşrut açılır və Qazaxıstan beynəlxalq nəqliyyat sektorunda, xüsusən də Çinə və Çindən mal axını baxımından əsas oyunçulardan və iştirakçılardan biridir.

“Səfərim zamanı bu məsələni müzakirə etdiyimiz Qazaxıstandakı tərəfdaşlarımız hansı nəqliyyat imkanlarının açıldığını və bunun onlara necə təsir edəcəyini daha obyektiv şəkildə anlamağa çalışırlar. Qazaxıstan bu layihə ilə maraqlanan yeganə ölkə deyil, bir çox ölkə maraqlanır. Açıq proses gedir və biz bunu tərəfdaşlarımızdan gizlətməyə hazırlaşmırıq. Təbii ki, Qazaxıstanı ixrac, idxal və göstərilən nəqliyyat xidmətləri zəncirində nəzərə almaq üçün Ermənistandan keçən tranzit marşrutlarından istifadə etməyə dəvət etməliyik”, – Paşinyan bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.