Qazaxıstandan AZAL-ın təyyarəsi ilə bağlı yeni açıqlama

AZAL-ın təyyarəsi
AZAL-ın təyyarəsi

AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı istintaq toplanmış materialların təhlili mərhələsinə keçib.

Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.

Onun sözlərinə görə, məlumatların toplanması başa çatıb və hazırda mütəxəssislər onu öyrənirlər.

Təhqiqat zamanı qazaxıstanlı və beynəlxalq ekspertlər Azərbaycan və Rusiyanın hava limanlarında olublar

Karabayev qeyd edib ki, təhqiqat zamanı qazaxıstanlı və beynəlxalq ekspertlər Bakı, Qroznı və Rostov-na-Donu daxil olmaqla Azərbaycan və Rusiyanın hava limanlarında olublar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.