“Qazın qiyməti yüksək deyil” –Nazirdən "limit ləğv edilsin" təklifinə münasibət

Samir Şərifov bu vəzifəyə
Samir Şərifov bu vəzifəyə

Qaz limiti kifayət qədər mürəkkəb məsələdir, bizdə qazın qiyməti prinsipcə o qədər də yüksək deyil.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “2024-cü il üçün büdcə Zərfi”nin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bu, kifayət qədər mürəkkəb məsələdir: “Ona görə də sosial həssas əhali üçün müəyyən limit qoyulub. Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur, limitdən yuxarı hissəsi isə daha bahadır. Bu məsələ sadə məsələ deyil, ona görə bunu açıq etiraf etməliyik”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.