Qəzzada öldürülənlərin sayı 52,3 mini ötüb

Qəzza planı
Qəzza planı

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ən azı 57 fələstinli həlak olub.

“Report” xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İsrail qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 57 nəfər ölüb, daha 153 nəfər yaralanıb. Daha əvvəl dağıntılar altından çıxarılan 14 nəfərin cəsədi bölgədəki xəstəxanalara çatdırılıb.

Nazirlik əlavə edib ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 52 314 nəfərə çatıb, 117 792 şəxs yaralanıb. Təkcə 2025-ci ilin martında bölgədə hərbi əməliyyatların bərpasından sonra ölənlərin sayı 2 222-yə çatıb, 5 751 nəfər isə xəsarət alıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.