Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Qırğız dili yox olur, kəndlərdə uşaqlar rusca danışır” –

User 12 Aprel 2024 - 23:17 (Last updated: 21 May 2025 - 20:15)
qirqiz spiker

Qırğızıstan parlamentinin iclasında spiker Nurlanbek Şakiyev qırğız dilindən daha geniş istifadəyə çağırıb. O, qırğız dilinin təhlükə altında olduğunu bildirib və xarici dildə olan məzmunun bloklanmasını təklif edib.

“Niyə biz hər şeyi ərəbləşdiririk? “Halal” yox, “adal”. Biz hətta adlarımızı ərəbləşdiririk. Bizdə çoxlu yaxşı qırğız adları var. Məsələn, Bakit, Taalay, Elmurza, Ulukbek, Balbak, Çolpon. Niyə onlardan istifadə etmirik, amma adları ərəbcə qoyuruq? Qırğız adlarımız tezliklə yox olacaq. Kəndlərdə uşaqlar rusca danışır, telefonlarında məzmuna rus dilində baxdıqları üçün qırğız dili yox olur. Hər şeyi qırğız dilində etmək lazımdır. Rus və xarici dillərdə olan bütün proqramları, cizgi filmlərini bloklamaq lazımdır”, – Şakiyev bildirib.

Qırğızıstan prezidenti Sadır Japarov parlament sədrinin qırğız dili ilə bağlı sözlərinə münasibət bildirib və deyib ki, bu, onun şəxsi fikridir.

“Biz hamımız qırğız dilinin inkişafı ilə bağlı təklifləri dəstəkləyirik. Heç kim əleyhinə deyil. Ancaq Nurlan Şakiyevin rus və ingilis dilləri ilə bağlı dedikləri onun şəxsi fikridir. Hökumətin siyasəti tamam başqadır… Biz başqa dillərə qarşı olmamalıyıq”, – Japarov deyib.

“BMT-nin rəsmi dilləri arasında rus və ingilis dilləri də var. Rus dili olmadan MDB ölkələrində işləmək mümkün deyil. Təkcə Birlik ölkələrinə deyil, bəzi Avropa ölkələrinə, ABŞ-a və bir sıra başqa ölkələrə rəsmi səfərlər zamanı rus dilində danışır, bu dildə sinxron tərcüməyə qulaq asırlar”, – prezident əlavə edib.

Fevralda Qırğızıstan Joqorku Keneşinin (parlament) sədri N.Şakiyev ibtidai sinif şagirdlərinin yalnız qırğız dilində tədris almalarını təklif edib.

Qırğızıstanda rəsmi dil qırğız dilidir. 2023-cü ilin iyulunda ölkədə “Dövlət dili haqqında” Qanun qəbul edilib. Bundan sonra bütün sahələrdə dövlət dilinin tətbiqi ilə bağlı müzakirələr başlayıb. Qanunun yeni redaksiyasına görə, dövlət qulluqçuları, deputatlar, Milli Bankın, nazirliklərin əməkdaşları, hakimlər, prokurorlar, hüquqşünaslar, notariuslar, həkimlər və təhsil sektorunun nümayəndələri öz fəaliyyətlərində qırğız dilindən istifadə etməlidirlər. Bundan əlavə, qanun kargüzarlıq və sənəd dövriyyəsində dövlət dilindən istifadəni məcbur edir.

Ölkənin ali təhsil müəssisələrinə daxil olan abituriyentlərdən qırğız dilindən imtahan vermələri tələb olunur.

Post navigation

Previous: Dünya şöhrətli modelyer Roberto Cavalli vəfat edib
Next: Bayden İrana müraciət etdi –

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Avtomobilin yanacaq sərfiyyatının artması sürücünü ilk növbədə mühərrikdə nasazlıq axtarmağa vadar edir. Halbuki bəzən səbəb daha sadə...
Read more about Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq? bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.