Qırğızıstan prezidenti Rusiyaya səfərə gəlir- Bu tarixdə

Qırğızıstan prezidenti Sadır Japarov Rusiyaya səfərə gələcək.

Azpost.info xəbər verir ki, fevralın 20-21-nə planlaşdırılan səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.

Bu barədə Qırğızıstan president administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev məlumat verib. O bildirib ki, Japarov Kazan şəhərində “Gələcəyin oyunları” beynəlxalq çoxnövlü idman turnirinin rəsmi açılış mərasimində iştirak edəcək.

Tədbir çərçivəsində Rusiya lideri ilə, eləcə də Tatarıstan rəhbəri Rüstəm Minnixanovla ikitərəfli görüşlər keçiriləcək. Tərəflər əməkdaşlığın cari məsələləri, o cümlədən ticari-iqtisadi, mədəni-humanitar əlaqələri müzakirə edəcəklər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.