Qırğızıstan-Qazaxıstan sərhədində 400 avtomobil tıxacda qalıb

Qırğızıstan ərazisindən Qazaxıstana keçid məntəqəsinin (“Ak-Tilek-avtodorojnı”) çıxışında 400-ə yaxın avtomobil tıxacda qalıb.

Azpost.info xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“370-ə yaxın avtomobil Qırğızıstanı tərk edəcək”, – xidmətin Teleqram kanalında qeyd olunur.

Mətbuat xidməti əlavə edib ki, səhər saat 9-dan axşam saat 6-ya kimi cəmi üç avtomobil sərhədi keçib. “Qırğızıstan Respublikasının Çuy bölməsində sərhəd nümayəndələri nəqliyyat vasitələrinin ləng keçməsinin səbəbləri ilə bağlı Qazaxıstan nümayəndələri ilə görüş keçirmək məsələsinə baxır”, – qurumdan bildiriblər.

Azpost.info

Əvvəlki məqalə

Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edir

Sonrakı məqalə

Nicat Abasovun yarımfinaladək irəliləməsi Azərbaycan şahmatı üçün uğurlu nəticədir