Qırğızıstan Ukrayna üzrə İsveçrə sammitində iştirakdan imtina edib

Qırğızıstan hakimiyyəti Ukrayna üzrə İsveçrədə keçiriləcək sammitdə iştirakdan imtina edib.

Azpost.info bildirir ki, bu barədə Nazirlər Kabineti sədrinin müavini Edil Baysalov bu barədə iyunun 7-də “Deutsche Welle” radiosuna müsahibəsində bildirib.

Baysalovun sözlərinə görə, Qırğızıstan Ukrayna tərəfi ilə əlaqə saxlayır. O, həmçinin xatırladıb ki, Ukrayna münaqişəsi ilə bağlı vəziyyətdə Qırğızıstan həm Ukraynaya, həm də Rusiyaya bərabər yanaşır.

Xatırladaq ki, beynəlxalq siyasətin əsas oyunçuları İsveçrədə Vladimir Zelenskinin Ukrayna ilə bağlı təşəbbüslərini müzakirə etməkdən imtina ediblər. Xüsusilə Çin, Braziliya və Səudiyyə Ərəbistanı konfransa gəlməyəcək. Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr də tədbirdə iştirakdan imtina ediblər.

Əvvəlki məqalə

Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayı üçün pensiyalar ödənilib

Sonrakı məqalə

Polşanın ən varlı iş adamlarından biri ölü tapılıb