Qırğızıstanın sabiq Prezidenti Əsgər Akayevin oğlu vəfat edib

Qırğızıstanın birinci Prezidenti Əsgər Akayevin oğlu Aydar Akayev vəfat edib.

APA-nın “Sputnik Qırğızıstan” agentliyinə istinadən verdiyi məlumata görə, A. Akayev ürək tutmasından 43 yaşında dünyasını dəyişib.

O, həyat yoldaşı, oğlu və qızı ilə birgə Moskvada yaşayırmış.  Akayev Ə. Akayevin böyük oğludur. 2005-ci ildə bacısı Bermetlə Qırğızıstan parlamentinin deputatı seçilib. Lakin həmin il baş verən “zanbaq inqilabı” nəticəsində seçkilərin nəticələri ləğv edilib.

Maliyyə fırıldaqları və dövlət əmlakını talama ittihamları ilə bir neçə cinayət işinin başlanmasından sonra Ə. Akayev ailəsi ilə birlikdə Rusiya paytaxtına gedib, orada yaşamağa başlayıb.  

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir