Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“Qızımı öldürməzdən əvvəl“semiçka” da almışdı ki, yeyib-içəcəyik”

Orkhan Ali 23 Dekabr 2024 - 14:12 (Last updated: 21 May 2025 - 20:15)
be2581d998ab2b2c6438f69188c2252b

Ağstafanın Vurğun qəsəbəsində 19 yaşlı qadın bıçaqlanaraq qətlə yetirilib. AzPost-un İTV-yə istinadən məlumatına görə, 23 yaşlı Valeh Qədimov həyat yoldaşı 19 yaşlı Mədinə Qədimovanı qətlə yetirməkdə şübhəli bilinir.

M.Qədimovanın valideynləri bildirib ki, qızı ilə kürəkəni arasında əvvəllər də münaqişə baş verib. Valeh isə ailəsi ilə barışmaq üçün tez-tez qayınatasıgilə gəlirmiş. Bu dəfə evdə heç kimin olmadığı vaxt hadisəni törədib.

“Elə getdiyi ilk gündən deyirdi ki, “mama, bu, pis oğlandır, axşamlar məni döyür, əynimə heç nə almır, pis ailədilər, mən bunları istəmirəm”. Bu gün mənim bacım oğlu da nişan aparırdı, ora getmişdik. Kürəkənim də bizdə idi. Bizi anamgilə apardı. Sonra gəlib Mədinə ilə evdə tək oldu. “Semiçka” da almışdı ki, yeyib-içəcəyik. Elə biz ora gedən kimi qızın başını kəsib. Yanında da durub ki, ölsün, sonra gedib polisə məlumat verib”, – mərhumun anası söyləyib.

İlkin məlumata görə, ər arvadına atası evində bir neçə bıçaq zərbəsi endirib. Sonuncu zərbə isə qadının boğaz nahiyyəsindən dəyib. Nəticədə Mədinə aldığı zərbələrdən hadisə yerində həyatını itirib.

Meyit Tibbi ekspertiza və patoloji anatomiya birliyinin Ağstafa Rayon Şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Post navigation

Previous: Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik edib
Next: Ceyhun Bayramov Belqradda Səfirlər Konfransında çıxış edib

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34

xƏBƏR

tramp teyyare
  • Dünya

Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”

User 19 Noyabr 2026 - 21:52
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya gələcək hərbi və maliyyə dəstəyini davam etdirməsinin məqsədəuyğunluğunu şübhə altına...
Read more about Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”
Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.