QMİ Kərbəla ziyarətində itkin düşən şəxslə bağlı açıqlama yaydı:

"Rəsmi təyinat almış din xadimi deyil"
25 Oktyabr 2019 - 11:30

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Kərbəla ziyarətinə gedən İmişli rayon Sərxanlı kənd sakini Yusifov Davər Qəfər oğlunun itkin düşməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

QMİ mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, kəndin axundu kimi təqdim olunan, Yusifov Davər Qəfər oglu rəsmi təyinat almış din xadimi deyil.

Qeyd edək ki, sosial şəbəkələrdə Kərbala ziyarətinə gedən D.Yusifovdan itkin düşməsi barədə məlumat yayılıb. Məlumata görə, onun itkin düşməsi barədə İraq hüquq-mühafizə orqanlarına da müraciət edilib.