Qonşu qadının başına kərki ilə vurdu- Sumqayıtda QANLI OLAY

Sumqayıtda qanlı hadisə olub.

Lent.az xəbər verir ki, hadisə Sumqayıt şəhəri, Xəzər bağlarında qeydə alınıb.

Orada yaşayan Şərifov Mikayıl Nurəddin oğlu qonşuluqda yaşayan Ələkbərova Mehparə İmanqulu qızının baş nahiyəsinə kərki ilə bir neçə zərbə vuraraq xəsarət yetirib.

Yaralı qadın xəstəxanaya yerləşdirilib.

M.Şərifov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər polis idarəsindı cinayət işi başlanıb, istintaq aparılır.

Əvvəlki məqalə

Lukaşenkonun Zelenskidən üzr istəməsi barədə deyilənlərə aydınlıq gətirilib

Sonrakı məqalə

Sürücülərin diqqətinə: Bu rayon yolunda əlavə radarlar quraşdırılır