Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşü başa çatdı

26 Oktyabr 2019 - 21:08

Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşü başa çatıb

Bu haqda Xarici İşlər naziri Elmar Məmmədyarov məlumat verib.

Daha sonra sammitin yekunları üzrə sənədlərin qəbul edilməsi mərasimi olub. Sammitin yekunları üzrə 4 sənəd imzalanıb. Sənədlər arasında Yekun sənəd, Bakı Siyasi Deklarasiyası, Azərbaycana minnətdarlığı ifadə edən sənəd və Fələstin üzrə sənəd var.

Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə yekun çıxışı iclasa sədrlik edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov edib. O, Azərbaycanın sədrliyi dövründə Bandunq prinsiplərindən irəli gələrək təşkilatın güclənməsi üçün çalışacağını bildirib. Nazir Azərbaycan hökuməti və xalqına təşəkkür sənədinə görə üzv ölkələrə minnətdarlıq edib.

Bununla da Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşü başa çatıb.

Qeyd edək ki, Azərbaycan qarşıdakı 3 il ərzində bu təşkilata sədrlik edəcək.