“Qoy mandatını, çıx get!”- Spikerin müavini Vahid Əhmədova çağırış etdi

“Keçən iclaslarımızda qanunları müzakirə edirdik. Bu gün nəyi müqayisə edirik? Çox təəssüf. Öz parlamentimizin daxilində Azərbaycan dövlətçiliyinə zidd olan düşüncələr müzakirə olunur”.

Bunu Milli Məclisin bugünkü iclasında parlamentin sədr müavini Fəzail İbrahimli bildirib.

“Burada fikir söylənildi ki, “Vahid Əhmədov tələyə düşdü”. Qətiyyən bununla razı deyiləm. Vahid müəllim tələyə düşən adam deyil. Vahid müəllim nə eləyirsə, bilərək edir, nə danışırsa, düşünür, danışır. Bu, təsadüfi hadisə deyil. Adətən, dövlətin, millətin çətin günlərində ağsaqqallara böyük ehtiyac duyulur. Bu çətin məqamlarda onların sözünə, nəfəsinə böyük ehtiyacımız var, çox təəssüf ki, geniş həyat təcrübəsi, bütün hökumətlərdə üzdə olan Vahid müəllim bu gün özünü müzakirə obyektinə çevirib.

Deyir ki, 3 deputatdan başqa hamı saxtakardır. Niyə mənim heysiyyətimə toxunursan? Qardaş, adama deyərlər ki, bəyənmirsən, oturma da, qəbul etmirsənsə, vicdanın bu şeylərə dözmürsə, açıq şəkildə qoy mandatını, çıx get. De ki, mən bacarmadım burada”, – deyə Fəzail İbrahimli vurğulayıb(apa).

Əvvəlki məqalə

Vahid Əhmədovla bağlı Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək

Sonrakı məqalə

“Ukraynanı aralarında sakitcə bölüşdürsünlər”