Qoyun oğruları tutuldu- FOTO

Qoyun
Qoyun

Cəlilabad rayonu ərazisində müxtəlif vaxtlarda 3 yaşayış evinin həyətindən ümumilikdə 20 baş qoyun oğurlayan şəxslər müəyyən olunub.

DİN-dən AzPost-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən hər ikisi əvvəllər məhkum olunmuş 37 yaşlı Elmir Səmədov və 34 yaşlı Elgün Tağıyev müəyyən olunaraq saxlanılıblar.

Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.