Qubanın axundunu intim video ilə şantaj edənlərə hökm oxundu

Qafqaz Müsəlmanları İdarəsinin Quba üzrə keçmiş nümayəndəsi və axundu Elnur Əfəndiyevi şantaj etməkdə təqsirləndirilən Nübar İsazadənin və İftixar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.İsazadə 10 il, İ.Ağayev isə 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

İttihama görə, N.İsazadə E.Əfəndiyevin tələbəsi olub və aralarında intim yaxınlıq baş verib. N.İsazadə işlədiyi elektronika mağazasının müdiri İ.Ağayevin köməyi ilə evinə kamera quraşdırıb və axundla intim görüntülərini qeydə alıb. Daha sonra N.İsazadə və İ.Ağayev həmin görüntüləri yaymaqla axundu hədələyərək ondan 75 min manat pul tələb ediblər.

Nübar İsazadə və İftixar Ağayev Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli biliniblər.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Hanı bu cənab? Elə bil sirkdir…” –

Sonrakı məqalə

Xaricdə təhsil almağa kimləri göndərəcəklər? –