Xaricdə təhsil almağa kimləri göndərəcəklər? –Təhsil naziri açıqladı

Prezident İlham Əliyevin sərəncamı ilə hazırlanacaq “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”nın böyük bir hissəsi magistratura pilləsini əhatə edəcək. Bakalavr pilləsi üzrə də ən yüksək reytinqli ixtisaslar nəzərdə tutulacaq.

Bunu təhsil naziri Emin Əmrullayev bildirib. O deyib ki, doktorantura pilləsi üzrə isə digər dövlət proqramı çərçivəsində hər il 100-dək şəxs xaricdə öz təhsilini davam etdirir.

“Bir çox məzunlar xaricdə təhsil aldıqdan sonra geri qayıdaraq bir çox müəssisələrdə çalışırlar. Proqram hazırlanarkən geri qayıtma məsələsi xüsusi diqqətdə saxlanılmalı məsələlərdən biridir”-deyə təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”nın hazırlanmasına dair bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, bu gənclər lotoreyada uduş qazanan şəxslər deyil: “Ölkənin gələcəyi üçün peşəkar əmək fəaliyyəti qurmaq istəyənləri qalib görmək istəyirik. Azərbaycan dövləti gənclərinə belə imkan yaradırsa, proqramın qalibi olan şəxslər sosial məsuliyyətini dərk edərək bu və ya digər formada Azərbaycanın inkişafında, dünyada maraqlarının müdafiəsində öz sahələri üzrə peşəkar fəaliyyəti ilə töhfə verməlidirlər”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qubanın axundunu intim video ilə şantaj edənlərə hökm oxundu

Sonrakı məqalə

Bakıda bağlanmış Əbu-Bəkr məscidi açılır-