Qüdsdə Netanyahu ilə Blinken arasında görüş başlayıb

Qüdsdə İsrail Baş naziri Binyamin Netanyahu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Görüş bağlı qapılar arxasında gedir.

Daha sonra İsrailin strateji planlaşdırma naziri Ron Dermer, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi və bir sıra digər yüksək rütbəli rəsmilərin iştirakı ilə geniş tərkibdə görüş keçiriləcək.

Blinken İsrailə aprelin 30-da axşam gəlib. Bundan əvvəl o, İordaniya və Səudiyyə Ərəbistanında olub. ABŞ dövlət katibinin regiondakı təmasları ilk növbədə Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi və Qəzzada saxlanılan israilli girovların azad edilməsi və orada hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəlmə səyləri ilə bağlıdır.

Azpost.info

Əvvəlki məqalə

Ölkədən çıxışı qadağan olunan 495 nəfər sərhəddə saxlanılıb

Sonrakı məqalə

Türkiyədə ölkədaxili reyslərə biletlər 30 faiz bahalaşıb