Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul saat 06:00-dək uzadılmışdı. Bu müddət ərzində ölkə ərazisindəki xüsusi karantin rejimi qaydaları və quru sərhədlərinin bağlı qalması qüvvədə saxlanılır.
İyulun 1-nə az qalır. Karantin müddətinin uzadılması gözlənilirmi?
Proqnozlar və mövcud təcrübə onu göstərir ki, karantin rejiminin növbəti dəfə uzadılacağı ehtimalı demək olar ki, mütləqdir.
Son bir neçə ildir ki, Nazirlər Kabineti karantin rejimini adətən 3 ay müddətinə uzadır. Qərarın bitməsinə bir neçə gün, bəzən isə cəmi 24-48 saat qalmış rəsmi sərəncam elan olunur. Bu dəfə də ənənənin pozulacağı və rəsmi açıqlamanın son günlərdə veriləcəyi gözlənilir.
Azərbaycan bu il də mühüm beynəlxalq tədbirlərə və böyük layihələrə ev sahibliyi edir və ya hazırlıq mərhələsindədir. Dövlətin quru sərhədlərini bağlı saxlaması artıq sırf tibbi deyil, daha çox milli təhlükəsizlik, daxili sabitliyin qorunması və miqrasiya axınlarının tam nəzarətdə saxlanılması strategiyasına əsaslanır. Hazırkı regional geosiyasi vəziyyət fonunda bu rejimdən imtina edilməsi gözlənilmir.
Əgər yanaşma dəyişməsə, Baş Nazir Əli Əsədovun imzalayacağı növbəti qərarla karantin rejiminin 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılacağı ən real ssenaridir.