“Quş qripi” mutasiyaya uğrayıb insandan insana keçəcək

12 Mart 2021 - 11:05

“Rusiyada bu ilin fevralında bir neçə nəfərdə aşkarlanan “quş qripi”nin yeni növü olan A(H5N8) çox güman ki, tezliklə mutasiyaya uğrayacaq və insandan insana keçəcək”.

Bunu Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova TASS-a müsahibəsində deyib.

O bildirib ki, bunun baş vermə ehtimalı olduqca yüksəkdir. Popova qeyd edib ki, belə bir ssenariyə hazır olmaq, testlər hazırlamaq və peyvənd yaratmağın vaxtıdır.

“Təhlükəni görüb dünyanı xəbərdar edə bildik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ötən ay Rusiyada quşçuluq fermasının 7 nəfər əməkdaşında yeni növ “quş qripi” aşkarlanıb.(APA)