Qusarda 12 nəfər buzda sürüşərək xəsarət alıb

Bayram günlərində Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində 260 müraciət qeydə alınıb.

Xəstəxanadan AZƏRTAC-a bildirilib ki, tibb müəssisəsinə 1 nəfər yol-nəqliyyat hadisəsi, 29-u müxtəlif travmalarla bağlı müraciət edib. Onlardan 12-si hava şəraiti ilə əlaqədar yolların buz bağlaması nəticəsində yıxılaraq xəsarət alanlar olub.

Digər müraciətlər isə, əsasən, kəskin respirator virus xəstəlikləri və arterial hipertenziya ilə əlaqədar olub. Qeyd edilən müddətdə 2 cərrahi əməliyyat icra olunub.

“Bayram günlərində vətəndaşlardan daxil olan müraciətlər operativ şəkildə cavablandırılıb, çağırışlara vaxtında və peşəkar tibbi yardım göstərilib”, – deyə məlumatda vurğulanıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.