Qusarda qidadan zəhərlənən 5 nəfərin vəziyyəti açıqlanıb

Qusar rayonunun Caqar kəndində baş verən zəhərlənmə hadisəsi ilə bağlı 5 nəfər ( 3 qadın, 2 kişi) TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə yerləşdirilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Onlara dərhal zəruri tibbi yardım göstərilib. Hazırda iki nəfərin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yüngül dərəcəli qiymətləndirilir.

Əvvəlki məqalə

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Sonrakı məqalə

217 min manatadək vəsait istehlakçılara geri qaytarılıb