Qəbələdə yaradıcılıq həvəskarları üçün dördüncü təlim keçirilib

“Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsi çərçivəsində növbəti 4-cü təlimini keçirib.

07 iyul 2025-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində baş tutan təlimdə 25 nəfər gənc iştirak edib.

Tədbiri təşkilat rəhbəri Rəna Mahmudova açaraq, layihənin məqsədləri, əhəmiyyəti və donor barədə iştirakçılara məlumat verib. O, çıxışında təlimlərin gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasında mühüm rol oynayacağını vurğulayıb:

“Əminəm ki, bu təlimlər sizin yaradıcılığınıza gözəl təkan verəcək, ürəyinizin pıçıltıları məkan tanımayacaq, bölgələrdə, sonra isə sərhədlərimizdən kənarda oxunacaq və seviləcək,” – deyə o bildirib.

Təlimçi Fəxrəddin Babayev “Üslub nədir? Bədii üslub və onun qədimiliyi” mövzusunda təqdimatla çıxış edib. O, mövzu ilə bağlı geniş izahlar verərək, iştirakçıların suallarını cavablandırıb.

Təlimin ikinci hissəsində isə publisistik üslub – qəzet, jurnal, radio və televiziya dili barədə məlumatlar iştirakçılara çatdırılıb. Fasilə zamanı iştirakçılarla çay süfrəsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Layihə çərçivəsində təlimlərin davam etdirilməsi nəzərdə tutulur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.