“Qərb atəşkəsi Ukraynanın yenidən silahlanması üçün istədiyini gizlətmir” - Rusiya XİN

NATO ölkələrinin peşəkar hərbçilərinin Ukraynada döyüşdüyünü söyləmək üçün bütün əsaslar var.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Qərb atəşkəsi yalnız Ukraynanın yenidən silahlanması üçün istədiyini gizlətmir.

“Onlar Ukraynanın ehtiyatları, hərbi texnikası, raketləri və digər döyüş atributları ilə vəziyyəti yaxşılaşdırmaq üçün vaxta ehtiyacı olduğunu söyləməkdən çəkinmədilər. İndi Qərb liderləri bu barədə açıq danışır, məhz bunu təklif edir və aydın şəkildə şərt qoyurlar ki, bu, münaqişənin sonu olmayacaq, bu, pauza olacaq”, – Lavrov bildirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.