Qəzzada 36 xəstəxanadan yalnız 9-u fəaliyyət göstərir.
Azpost.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstindəki nümayəndəsi Riçard Piperkorn bildirib.
“Qəzza xəstəxanalarında oktyabrın 7-də hərbi əməliyyatlar başlamazdan əvvəl mövcud olan çarpayıların cəmi 38 faizi qalıb. Tibb şöbələri 206 faiz doludur. ÜST dekabrın 20-nə kimi Qəzza zolağında səhiyyə infrastrukturuna 246 hücum qeydə alıb. Bu hücumlar nəticəsində 582 nəfər ölüb, 748 nəfər yaralanıb. 36 xəstəxanadan 26-na ziyan dəyib”, – Piperkon deyib.
Azpost.info