Türkiyənin İsraillə ticarəti dayandırmaq qərarı Qəzza zolağında daimi atəşkəs əldə olunana qədər qüvvədə qalacaq.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin ticarət naziri Ömər Bolat bildirib.
“Mayın 2-dən etibarən İsraillə ticarəti tamamilə dayandırmağa qərar verəndə bildirdik ki, məqsədimiz Qəzzanın yenidən qurulması, bölgəyə ərzaq, tibbi və humanitar yardımın çatdırılmasıdır. Bunu görənə qədər İsraillə ticarəti dayandırmaq qərarımız qüvvədə qalacaq”, – nazir deyib.
Eyni zamanda, o, Fələstinlə ticarətin davam etdiyini bildirib. Fələstinin iqtisadiyyat naziri Məhəmməd əl-Amur ilə görüşdən sonra Bolat deyib: “Biz Fələstin iqtisadiyyatının minimal itkilərə məruz qalması üçün mümkün olan hər şeyi edirik”.
Azpost.info