Rəşad Dağlının qətl törətdiyi yerdə verdiyi ifadə –VİDEO

Tanınmış meyxanaçı Rəşad Dağlının istintaq dövründə qətl törətdiyi yerə aparılıb ifadə verdiyi görüntülər yayılıb. 
Azpost.info bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi videoda o, Lökbatan dairəsi yaxınlığındakı ərazidə qonşusu İsgəndər Mehdiyevi necə öldürdüyünü əyani şəkildə göstərib. Məlum olduğu kimi, həmin görüntülər 1 il əvvələ aiddir. Meyxanaçı, eyni zamanda təqsirləndirilən şəxs statusunda prokurorluqda müstəntiqə ifadə verib.
Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

 

 

Əvvəlki məqalə

İsraillə HƏMAS arasında girov mübadiləsi baş tutmadı

Sonrakı məqalə

Rusiyada SİM kartların aktivləşdirilməsi ilə bağlı yeni qadağa