Rəşad Nəbiyev ABŞ qubernatoru ilə “ağıllı kənd” konsepsiyasını müzakirə edib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə nazir öz “Twitter” hesabında qeyd edib.

“ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdük. Hazırlanmaqda olan rəqəmsal transformasiya konsepsiyamız, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə icra olunan “ağıllı kənd” layihəsi ətrafında fikir mübadiləsi apardıq”, – deyə R.Nəbiyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şeyx, istefa ver!” tələbi Türkiyə-İran rəqabətinin ilk qaranquşudurmu? –

Sonrakı məqalə

“Yeni Klinika”nın sabiq direktorunun məhkəməsi başlayıb –