Rəşad Nəbiyevin rəhbərlik etdiyi federasiya idmançıları rus dilində yazılmış plakatlarla niyə qarşılayıb?

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında uğurlu nəticə əldə edən idmançılarımızın Vətənə qayıdarkən rus dilində yazılmış plakatlarla qarşılanmaları sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb.

Pravda.az xəbər verir ki, Federasiyanın bu addımını tənqid edənlər Rusiya və Azərbaycan arasında davam edən hazırkı gərgin vəziyyət fonunda belə bir halın yolverilməz olduğunu bildiriblər.

Xatırlatma: İyunun 27-də FSB, Daxili İşlər Nazirliyi, Milli Qvardiya (Rosgvardia) və Rusiya İstintaq Komitəsi birgə hücumla Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə basqın edərək 5 həmyerlimizi amansızlıqla qətlə yetiriblər. Ümumilikdə 65-ə qədər azərbaycanlı saxlanılıb.

Qeyd: Federasiyanın prezidenti rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.

Rəşad Nəbiyev əmr imzaladı Pravda.az

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.