Rafiq Manaflı Milli Şuranın üzvlüyündən istefa verib

Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın üzvlüyündən istefa verdiyini bəyan edib.

Azpost.info bildirir ki, o, bu barədə yaydığı açıqlamasında deyib: “Son bir neçə gündə baş verənlər bizə də təsirsiz ötüşmədi. Çox uzatmadan və böyük təəssüf hissiylə Milli Şura ilə yolumuzun ayrıldığını bəyan etmək məcburiyyətindəyəm. Milli Şuranın bundan sonra da mübarizəsini uğurla davam etdirəcəyinə inanır və Milli Şuranı tərk etdiyimi bəyan edirəm”-deyə R.Manaflı bəyan edib.
Xatırladaq ki, son günlər Milli Şuranın virtual konfransında baş vermiş qalmaqal ciddi rezonans doğurub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusa yoluxanların sayı 4,5 milyonu ötdü

Sonrakı məqalə

Gürcüstanın sabiq müdafiə naziri və Tbilisinin sabiq meri həbsdən azad edilib