“Raket sistemləriiz Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir” –MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına cavab verib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı APA-ya bildirib ki, Mingəçevir Su Anbarının yerləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin Hava Hücumundan Müdafiə qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir: “Eyni zamanda Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri Metsamor AES-ni yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın Müdafiə nazirinin müavini Türkiyəyə getdi –

Sonrakı məqalə

İlham Əliyev yeni nazir Ceyhun Bayramovu videoformatda qəbul edib -FOTO