“Raketlərimiz heç vaxt çata bilməyəcəyiniz yerlərdə cəmləşib” –İran Ordusu

“Bizim hərbi gücümüz haqqında məlumatınız natamamdır. Geniş imkanlarımız haqqında heç nə bilmirsiniz”.

Azpost.info Fars agentliyinə istinadən bildirir ki, bunu “Xatəm əl-Ənbiya”  İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının sözçüsü bildirib.

O, ABŞ-ı İranın raket və dronlarını saymamağa çağırıb: “Strateji raket istehsal mərkəzlərimizi, uzaqmənzilli hücum dronlarımızı, müasir hava hücumundan müdafiə və elektron müharibə sistemlərimizi və xüsusi avadanlıqlarımızı məhv etməyə müvəffəq olduğunuza ümid etməyin. Belə bir düşüncə ilə vəziyyətinizi yalnız daha da pisləşdirəcəksiniz.

Strateji hərbi istehsalımız haqqında heç nə bilmədiyiniz və heç vaxt çata bilməyəcəyiniz yerlərdə cəmləşib”-deyə o vurğulayıb.

“Müharibə son məğlubiyyətə uğrayana və təslim olana qədər davam edəcək”, – deyə bəyanatda bildirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.