Ramil Usubov prokuroru özünə məsləhətçi təyin edib

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik şurasında yeni təyinat olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, İldırım Vəliyev Təhlükəsizlik şurasında baş məsləhətçi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İ.Vəliyev bu təyinatadək Baş Prokurorluğun Fövqəladə Hallar nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində rəis müavini vəzifəsini tutub.

President İlham Əliyevin bir neçə ay əvvəl imzaladığı sərəncamla general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik şurasının katibi təyin edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda “uşaqpulu” 3 yaşadək uşaqlara verilə bilər –

Sonrakı məqalə

Qarabağ qazisi nazirliyin verdiyi maşından imtina edib –