Ramiz Mehdiyevin YAP üzvlüyündən çıxarılacağı gözlənilir

C

AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric ediləcək. 

Bu barədə Azpost.info-ya hakim partiyaya yaxın mənbələr bildiriblər. R.Mehdiyevin son qalmaqallı yazısı YAP-da ciddi etiraz doğurub. Hakim partiya bu məqalədəki əsassız ittihamları YAP-ın ölkədə aparılan islahatlar prosesində rolunu və yerini kiçiltməyə cəhd kimi qiymətləndirir.

Bu cəhdlər isə R.Mehdiyevin partiyanın siyasi xəttinə qarşı çıxması kimi vurğulanır.

Ramiz Mehdiyevin YAP üzvlüyündən, həmçinin Ağsaqqalar Şurasının üzvlüyündən çıxarılması imkanları nəzərdə keçirilir.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Zəfər Amnistiyası” neçə nəfərə tətbiq edilib? –

Sonrakı məqalə

Sumqayıtda ata qızını boğaraq öldürüb