Sumqayıtda ata qızını boğaraq öldürüb

Sumqayıtda qətl hadisəsi baş verib.

Hadisə şəhərin “Tuq zavod” yaşayış massivində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Mehtiyeva Zəminə Salam qızı aralarında olan münaqişə zəminində atası tərəfindən naqillə boğularaq öldürülüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qətli törətməkdə şübhəli bilinən ata saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Prokurorluq Sumqayıtda baş verən qətl barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, fevralın 15-də Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü Zəminə Mehtiyevanın öldürülməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin atası Salam Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zəminə Mehtiyevanı elektrik naqili ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Salam Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ramiz Mehdiyevin YAP üzvlüyündən çıxarılacağı gözlənilir

Sonrakı məqalə

General Altay Mehdiyevdən Nəcməddin Sadıqova ittiham: