Ramzan Kadırov dəbdəbəli toyların keçirilməsinə etiraz etdi

Ramzan Kadırov Çeçenistanda keçirilən toylardakı “yenilikləri” tənqid edib. Çeçenistanın başçısı  belə toyların qəbuledilməz, milli adətlərə zidd və şənliklərin təşkili xərclərinin xeyli artmasına səbəb olduğunu qeyd edib.

Azpost.info bildirir ki, bu barədə Kadırovun Telegram-kanalında dərc olunan məqalədə deyilir.

Çərşənbə günü Çeçenistan rəhbəri respublikanın hakimiyyət orqanları, din xadimləri və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşüb. Görüş zamanı ailə münaqişələrinin həlli üzrə komissiyanın işinə yekun vurulub.

“İlk növbədə toy şənlikləri mövzusuna toxundum. Son illər bu məsələ ətrafında vəziyyət xeyli dəyişib. Cəmiyyətdə dinə, milli adət-ənənələrə kökündən zidd olan tamamilə absurd qaydalar yeridilir. İnsanlar yeniliklərin girovuna çevrilirlər. Bu da toyların təşkili xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub”, – deyə Kadırov bildirib.

Onun sözlərinə görə, rayonlarda gəlin oğurluğu kimi halların və “şəriət normalarına uyğun gəlməyən bir sıra digər anormal halların” kökünü kəsmək mümkün olub.

“Mən orada olanların diqqətinə çatdırdım ki, cəmiyyətimizdə hər hansı yenilik qəti şəkildə qəbuledilməzdir. Din xadimlərinin nümayəndələrinə bu problemin həllinə kömək edəcək tədbirlər kompleksi hazırlamağı tapşırdım. Hakimiyyət orqanları isə öz növbəsində müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət edəcək”, – deyə Kadırov bildirib.

Çeçen cəmiyyətində, bir çoxları üçün toy mərasimi bir növ rifah nümayişinə çevrilib. Bəyin tərəfi mərasimi ən təntənəli şəraitdə keçirməyə, gəlin isə tez-tələsik xərcini ödəməyə çətinlik çəkdiyi cehiz toplamağa çalışır.

Azpost.info

Əvvəlki məqalə

Dünyada ən çirkli havası olan şəhərin adı açıqlanıb

Sonrakı məqalə

İşıq pulu borcuna görə bütün Livanda elektrik kəsilib