Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ramzan Kadırovun oğlu Quranı yandıran şəxsi döyüb

User 18 Avqust 2023 - 13:37 (Last updated: 21 May 2025 - 20:15)
kadırov

Quranı yandırdığına görə Rusiyanın Volqoqrad şəhərində həbs edilmiş Nikita Juravel Qroznı təcridxanasında Çeçenistanın başçısı Ramzan Kadırovun 15 yaşlı oğlu tərəfindəmn döyüldüyünü bildirib.

Belə bir şikayətin alındığını Çeçenistan Respublikasının insan haqları üzrə müvəkkili Mansur Soltayev də təsdiq edib. Soltayev bildirib ki, ona bu işlə məşğul olmağı Rusiya ombudsmanı Tatyana Moskalkova həvalə edib. Bunu Moskalkovanın özü də təsdiq edir:

“Mənim adıma müvafiq müraciət daxil olub. Mən təcridxanaya şəxsən baş çəkmişəm…Söhbət zamanı Nikita mənə dedi ki, Çeçenistanın rəhbəri ona baş çəkib. Amma Ramzan Axmatoviç gedəndən sonra onu kamerada Adam Kadırov döyüb”.

Bugünlərdə Juravelin döyülməsi barədə iqtidaryönlü “ÇP Vaynax” və “ÇP Qroznı” pablikləri də xəbər vermişdilər.

Onlar Penitensiar xidmətə istinadla eyni mətni dərc etmişdilər.

“Qroznı İnform” Juravel tərəfindən yazıldığı deyilən müraciətin fotosunu dərc edib. Onun sözlərinə görə Ramzan Kadırov Juravellə təcridxananın kamerasında görüşərək onun “İslam dinini qəbul etməsi məsələsindən” danışıb.

Juravel yazır ki, Kadırov gedəndən az sonra onun oğlu gələrək onu kamerada döyüb. Juraveli Volqoqradda həbs etdikdən sonra Çeçenistandakı təcridxanaya gətiriblər.

Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Axmed Dudayev demişdi ki, Juraveli Çeçenistanda mühakimə edəcəklər və o məhkum edilərsə, cəzasını da burada çəkəcək.

Ramzan Kadırov məhbusun oğlu tərəfindən döyülməsi barədə hələ ki, heç bir açıqlama verməyib.

Post navigation

Previous: Taksi operatorları tələbləri pozduqda 20 min manat cərimələnəcək
Next: “Beynəlxalq sularda insidentlər yolverilməzdir!”

Oxşar xəbərlər

hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10

xƏBƏR

hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidməti  xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava...
Read more about Noyabrın 1-nə olan hava proqnozu
60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA video telefon 1960
  • Maraqlı

60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA

User 31 Oktyabr 2026 - 12:43
Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.