Rauf Arifoğlu Müsavatın qurultayından danışdı:“Arif Hacılının başqan qalması daha yaxşıdır”

Müsavat Partiyasının qurucu üzvlərindən olan, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu partiyanın gözlənilən qurultayı ilə bağlı mövqeyini açıqlayıb.

 Azpost.info bildirir ki, R. Arifoğlu partiyada baş verən proseslərdən narahat və narazı olduğunu bildirib:

“Müsavatın qurucu üzvlərindən biri, özünü müsavatçı hesab edən Azərbaycan vətəndaş kimi partiyada gedən proseslərdən narahat və narazıyam. Mən başqanlığa hazırkı iddiaçıların heç birinə səs verməzdim. Hesab edirəm ki, İsa Qəmbərin başqanlıqdan getməsindən sonra tənəzzülə girən Müsavatı onlardan heç biri xilas edə bilməz”.

R.Arifoğlunun fikrincə, indiki vəziyyətdə Arif Hacılının Müsavat başqanı qalması üç ən pisdən daha yaxşısıdır: “Əvvəla, yerdə qalan iddiaçıların başqanlıq şansları yoxdur. Digər tərəfdən, əgər onlar başqan olarlarsa, Müsavatı rəqib güclərə, xüsusən Əli Kərimli cinahına təslim etmək ehtimalı var. Bu baxımdan heç birinə səs verməsəm də, müsavatçıları Arif Hacılıya səs verməyə çağırış etməsəm də, sadəcə, onun başqan qalması daha praqmatik qərar olardı”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Artur Rasizadə Novruz Məmmədovun istefasından danışdı:

Sonrakı məqalə

Qaxda güclü partlayış –