“Rayonlara gediş-gəlişi açın, iş yerlərini açın!” –Deputat Operativ Qərargaha müraciət etdi

Milli Məclisin iclasında deputat Fazil Mustafa koronavirus pandemiyası dövründə bəzi iş yerlərinin açılmasını təklif edib.

Bunu deputat Fazil Mustafa Milli Məclisin növbədənkənar iclasında deyib.

O xatırladıb ki, xüsusi karantin dövründə marketlərə nə qədər insan daxil olur.

“Amma digər müəssisələr işləmir. Kiçik sahibkarlıq fəaliyyət göstərmir. Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edirəm ki, qərarlarına bir də baxsın. Nə qədər müəssisə varsa, açılsın. Amma nəzarət də gücləndirilsin, karantin qaydalarının pozulmasına görə, yeri gələndə sahibkar cərimələnsin. Lakin insanlar işsiz qalıblar, biz bunu anlamalıyıq”,-deyə F.Mustafa əlavə edib.

Millət vəkili qeyd edib ki, rayonlara gediş-gəliş açılmalıdır: “Rayonlara gediş-gəliş açılmalıdır ki, bölgələrdə turizm sektoru məhv olmasın”. (Modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin növbəti iclası başlanıb

Sonrakı məqalə

Sabiq deputat Gülər Əhmədovanın oğluna hökm oxundu –