REAL Partiyası 43 dairə üzrə namizədlərini artıq müəyyən edib.
Azpost.info bildirir ki, bu barədə İlqar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bu dairələr üzrə 9 fevral parlament seçkiləri üçün namizədləri artıq bəllidir: “Bu siyahıya bəzi əlavə və dəyişikliklər hələ mümkündür. 21 dairə Bakıya, 22 dairə isə regionlara aiddir. Namizədlərin adları yaxın günlərdə açıqlanacaq:
8 Binəqədi, 9 Binəqədi, 11 Qaradağ, 12 Qaradağ-Binəqədi-Yasamal, 13 Xəzər-Pirallahı, 14 Xəzər, 15 Yasamal, 16 Yasamal, 18 Nərimanov-Nizami, 19 Nərimanov 1-ci, 20 Nərimanov 2-ci, 21 Nəsimi, 24 Nizami 1-ci, 26 Sabunçu 1-ci, 27 Sabunçu 2-ci, 28 Sabunçu 3-cü, 29 Səbayil, 30 Suraxanı 1-ci, 32 Suraxanı 3-cü, 34 Xətai 2-ci, 40 Kəpəz 2-ci (Gəncə), 44 Sumqayıt-Xızı, 46 Şirvan, 47 Mingəçevir, 54 Şabran-Siyəzən, 55 Xaçmaz şəhər, 66 Biləsuvar, 73 Lənkəran şəhər, 86 İsmayıllı, 88 Göyçay, 91 Ucar, 93 Bərdə şəhər, 93 Bərdə şəhər, 94 Bərdə kənd, 97 Goranboy-Ağdam, 106 Tovuz-Qazax-Ağstafa, 112 Qax, 113 Şəki şəhər , 114 Şəki kənd 1-ci, 116 Qəbələ , 117 Oğuz-Qəbələ, 120 Cəbrayıl-Qubadlı, 125 Zəngilan-Qubadlı.