“Real Madrid” “Mançester Siti”ni məğlub etdi, finala çıxdı

“Real Madrid”lə “Mançester Siti” arasında cavab qarşılaşması başa çatıb.

“Real Madrid” “Mançester Siti”ni 3:1 hesabı ilə məğlub edərək ÇL-in finalına çıxıb.

Madridin Santyaqo Bernabu stadionunda keçirilən görüşdə hesab 73-cü dəqiqədə açılıb. Riyad Marez “Real”ın qapısına ilk və yeganə qolu vurub. Rəqib komandanın oyunçuları isə bütün qolları uzatma dəqiqələrində vurublar:

Rodriqo – 90, 92-ci dəq,

Benzema – 95-ci dəq.

“Real” finalda “Liverpul”la qarşılaşacaq.

Əvvəlki məqalə

ABŞ-ın dövlət katibi koronavirusa yoluxub

Sonrakı məqalə

ABŞ Kiyevə kəşfiyyat məlumatları ötürüb –