REAL Partiyası dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək.
Bu barədə partiya sədri İlqar Məmmədov “facebook”da məlumat paylaşıb. O, bələdiyyə seçkilərində iştirak etmələrinin məqsədini də açıqlayıb: “Seçkilərdə iştirak etməyimiz yerli idarəetmənin əslində necə qurulmalı olduğunu bütün xalqa danışmaq və gələn il keçiriləcək Parlament seçkilərinə hazırlıqlıq məqsədi daşıyır”.