REAL Siyasi Komitəsi İlqar Məmmədovun istefasını qəbul edib –Yeni sədr seçiləcək /QƏRAR

Respublikaçı Alternativ partiyası Siyasi Komitəsi (REAL) partiyanın lideri İlqar Məmmədovun istefasını qəbul edib.

Azpost.info bildirir ki, bu barədə partiyanın açıqlamasında deyilir.

Sentyabrın 12-də Respublikaçı Alternativ partiyası Siyasi Komitəsinin iclası keçirilib. İclasda parlament seçkilərinin nəticələrinə dair ilkin müzakirə aparılıb. Qərara alınıb ki, seçki prosesi rəsmən başa çatandan sonra onun nəticələrinə və siyasi əhəmiyyətinə digər REAL namizədlərinin iştirakı ilə partiyanın yekun qiyməti verilsin.

Digər qərarla, iclasda İlqar Məmmədovun SK sədri vəzifəsindən istefası haqqında ərizəsi qəbul olunub. Qərara alınıb ki, sədrliyin ötürülməsi işləri 30 sentyabr tarixində başa çatsın və yeni seçiləcək sədr oktyabrın 1-dən fəaliyyətə başlasın.

Respublikaçı Alternativin qurucu üzvü İlqar Məmmədova uzun illər göstərdiyi fəaliyyətə və liderliyinə görə partiya adından təşəkkür bildirilib. İlqar Məmmədovun Siyasi Komitə üzvü olaraq partiya işinin bundan sonra hansı istiqamətlərinə baxacağı növbəti mərhələdə müəyyən ediləcək.

Əvvəlki məqalə

ABŞ Venesuelanın 16 rəsmi şəxsinə sanksiya tətbiq edib

Sonrakı məqalə

“Axı sən Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edibsən” –